Sənədlər hazırda muzeyin Sənədli mənbələr fondunda saxlanılır. Bunlar 1940-cı ilin 2 iyul tarixinə aid olub, onun tərcümeyi-halı (İnv.№ 1685), muzeyin direktoruna yazdığı ərizə (İnv. № 1684) və kadrların uçot vərəqəsidir (İnv. № 1686). Lakin Heydər Əliyev muzeyə müraciət edən zaman, muzeyin işçiyə ehtiyacı olmadığı üçün onun ərizəsinin üzərinə “rezerv” yazılmışdı. Bu sənədlər milli-mədəni, tarixi dəyərlərə, muzey işinə marağın Heydər Əliyevdə hələ tələbəlik illərindən yarandığını sübut edir. Azərbaycanda muzey işinə qayğı və diqqət ulu öndər Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutub. Heydər Əliyevi şəxsiyyət kimi səciyyələndirən cəhətlərdən biri də onun elm və mədəniyyətə geniş ürəklə qayğı göstərməsi idi. O, xalqın əsrlərboyu yaratdığı mənəvi sərvətin, mədəniyyət dəyərlərinin toplanılması, qorunması və daha da zənginləşdirilməsi üçün əməyini əsirgəməyib.
Həmçinin Muzeyin Neqativ fondunda Azərbaycan SSR Kommunist Partiyasının I katibi Heydər Əliyevi əks etdirən neqativ (İnv. № 15499) saxlanılır. Fotoneqativ dahi rəhbərin 1975-ci ildə Tovuz rayonunun üzüm sahələrində olmasını təsvir edir.
Tehsil-press.az