Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş kataloq hazırlanıb

Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş kataloq hazırlanıb Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş kataloq hazırlanıb.
Kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.
Ü.Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən kataloq iki bölmədən ibarətdir. Burada muzeyin fondlarında mühafizə olunan 286 material yer alıb, eksponatların fotoşəkilləri və annotasiyaları verilib.
Kataloqda mətnlərin müəllifi muzeyin xatirə əşyaları və hədiyyələr fondunun müdiri Rəna Səfərovadır.

Tehsil-press.az

Oxşar xəbərlər