Milli Azərbaycan Tarixi Muzeyinin onlayn iclası keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin onlayn iclası keçirilib AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə növbəti onlayn iclas keçirilib.
Muzeyin əməkdaşlarının iştirakı ilə baş tutan iclasda akademik Nailə Vəlixanlı gündəlikdə duran məsələlər barədə söz açıb. Həmçinin muzeyin tədbirlər planında olan bir sıra məsələlərin - görkəmli numizmat-professor Yevgeni Paxomovun vəfatının 55 illiyi münasibətilə onlayn seminar keçirilməsi, muzeyin məqalələr toplusuna məqalələrin hazırlanıb təhvil verilməsini tapşırıb. Muzeyin "Facebook" səhifəsində muzey eksponatlarının silsilə təqdimatı, bu il keçirilməsi nəzərdə tutulan muzeyin 100 illik yubileyi ilə əlaqədar məsələlərə diqqət yetirmənin vacibliyini qeyd edib. İclas iştirakçıları öhdələrinə düşən vəzifələri karantin müddətində onlayn rejimdə icra edəcəklərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər