Bakı Dövlət Universitetində elmi fəaliyyət onlayn formada davam etdirilir

Bakı Dövlət Universitetində elmi fəaliyyət onlayn formada davam etdirilir COVID-19 pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq məqsədilə dövlət səviyyəsində qətiyyətli tədbirlər görülür. Ölkədə xüsusi karantin rejimi elan olunub, insanların təhlükəsizliyi naminə sərt qadağalar tətbiq edilib, əhaliyə özünütəcrid tədbirlərinə uyğun davranmaq tövsiyə olunub. Bakı Dövlət Universitetində (BDU) elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, tədqiqatçılar öz axtarışlarını davam etdirir, onlayn formada məsləhətləşmələr və müzakirələr aparır, elmi fəaliyyətlərini məsafədən koordinasiya edirlər.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ali təhsil ocağının Sənaye kimyası laboratoriyasında da tədqiqat işləri məsafədən idarə olunmaqla həyata keçirilir. Laboratoriya əməkdaşlarının tədris etdiyi dərslər “Microsoft Teams” platforması üzərindən məsafədən təşkil edilir, mühüm elmi nəticələr müzakirəyə çıxarılır, yeni innovativ ideyalar haqqında mülahizələr irəli sürülür. Eyni zamanda, Fransanın Lorraine, Tunisin Carthage, ABŞ-ın İllinoys universitetlərinin professorları ilə yeni elmi məqalələr üzərində məsləhətləşmələr aparılır.
Həmçinin laboratoriya əməkdaşlarının üzərində çalışdıqları bir sıra layihələr üzrə araşdırmalar onlayn formada davam etdirilir, alqoritmlər hazırlanır, modelləşdirmə və kodlaşdırma işləri görülür.

Tehsil-press.az

Oxşar xəbərlər