Bakı Dövlət Universitetində (BDU) kimya fakültəsinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi, kimya elmləri doktoru Kamran Mahmudov və Üzvi kimya kafedrası nəzdində fəaliyyət göstərən “Zərif üzvi sintez” ETL-nin aparıcı elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Ataş Qurbanovun Portuqaliyanın Lissabon Universitetində uzunmüddətli ezamiyyəti zamanı yerinə yetirdikləri elmi tədqiqat işlərinin yekunlarına həsr olunmuş elmi seminar keçirilib.
Seminarda bu ali məktəbin elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə elmi-tematik plan üzrə yerinə yetirilmiş işlər əsasında mühüm elmi nəticələrin kollektivə təqdim edilməsi, müzakirəyə çıxarılması, həmçinin tələbələrin elmi axtarışlara sövq edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra Kamran Mahmudovun “Qeyri-kovalent qarşılıqlı təsirlər: sintez, kataliz və materialların dizaynı”, Ataş Qurbanovun “Kristal mühəndisliyində qeyri-kovalent qarşılıqlı təsirlər” mövzularında məruzələri universitetin elmi ictimaiyyətinə təqdim edilib. Məruzəçilər ezamiyyət müddətində Lissabon Universitetində mövzu üzrə elmi-tədqiqat işlərinin təşkili, BDU-nun kimya fakültəsi əməkdaşlarının və xarici alimlərlə birgə əldə etdikləri elmi nəticələr, həmçinin uyğun dövrü əhatə edən nəşrlər barədə geniş məlumat veriblər.
K.Mahmudov bildirib ki, qeyri-kovalent qarşılıqlı təsirlər (hidrogen, halogen, xalkogen, pnictogen, tetrel və triel rabitələr, kation-π, anion-π, π-π, n-π*, aqostik, pseudo-aqostik, anaqostik, dispersion, lipofil, və s.) biomolekulların və materialların özülünü təşkil edir. Keçid mərhələlərini və intermediatları stabilləşdirən qeyri-kovalent qarşılıqlı təsirlər kimyəvi reaksiyaların selektivliyi və katalitik proseslərin istiqamətini müəyyənləşdirir. Hidrogen rabitəsinin sintez və katalizdə rolunun yaxşı öyrənilməsinə baxmayaraq, yeni növ rabitələr - halogen, xalkogen, pniktogen, tetrel və triel - sintetik kimyada geniş istifadə edilməyib. Ezamiyyət dövrü ərzində üzvi və koordinasion birləşmələrin sintezində qeyri-kovalent qarşılıqlı təsirlərin rolunun öyrənilməsi, azot və hidrazonlarda E/Z izomerləşmənin qeyri-kovalent qarşılıqlı təsirlərlə nəzarəti, qeyri-kovalent qarşılıqlı təsirlər mövzusunda beynəlxalq konfransın təşkili əsas məqsəd olub. K.Mahmudov onu da əlavə edib ki, “Clarivate Analytics” agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda 4 geniş icmal, 2 kitab fəsli, 25 məqalə və 12 tezis nəşr etdirməklə Bakı Dövlət Universitetini layiqincə təmsil edib.
A.Qurbanov isə koordinasion və üzvü birləşmələrin xassələrinin molekullararası zəif qarşılıqlı təsirlərin (hidrogen, halogen, xalkogen, tetrel ve s. rabitələr) təbiətindən asılı olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Məlum olub ki, molekula qeyri-kovalent rabitə donor və ya akseptor əvəzedicilər daxil etməklə onların xassələrini dəyişmək (tənzim etmək) mümkündür. Koordinasion birləşmələrin katalitik aktivliyini artırmaq üçün ligand molekuluna əlavə sulfo və ya karboksil qruplarının daxil edilməsi hidrogen rabitəsi hesabına reaksiyanın seçiciliyini təmin edir. Tək hidrogen rabitəsi deyil, digər qeyri-kovalent qarşılıqlı təsirlər - halogen və ya tetrel rabitələr də molekulların kristalloqrafik parametrlərini və xassələrini dəyişir.
Ataş Qurbanov ezamiyyət dövründə qarşıya qoyulan əsas məqsədin üzvü və koordinasion birləşmələrin katalitik, bioloji, fotokimyəvi və s. xassələrini artırmaq üçün həmin molekulları qeyri-kovalent rabitə donor və ya akseptor saytlarla dizayn etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Məlum olub ki, dünyada bu elmi istiqamət aktual hesab olunur və kristal mühəndisliyi adı ilə tanınır. Ezamiyyət müddətində məruzəçi tərəfindən “Clarivate Analytics” agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda 2 icmal, 1 kitab fəsli, 36 məqalə və 19 tezis nəşr etdirilib.
Məruzələr dinlənildikdən sonra alınan mühüm elmi nəticələr geniş şəkildə müzakirə olunub, mövzu ətrafında çıxışlara yer verilib, fikir və təkliflər dinlənilib. Daha sonra ezamiyyət dövründə Kamran Mahmudov və Ataş Qurbanov tərəfindən görülmüş işlər bəyənilib, alınan mühüm elmi nəticələrin BDU-nun illik hesabatına daxil edilməsi üçün Elmi Şura qarşısında vəsatət qaldırılması qərara alınıb.

BDU-nun Mətbuat Xidməti