COVID-19 pandemiyasına görə “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramı çərçivəsində həyata keçiriləcək təlimlər və tədbirlər təxirə salınıb.
TOPs proqramının mütəxəssisləri və bir sıra aktiv fiziki tərbiyə müəllimləri Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə ev şəraitində fiziki tərbiyənin tədrisi və təşviqi işlərinə cəlb edilib. Bu işlər başa çatdıqdan sonra da TOPs mütəxəssisləri və fiziki tərbiyə müəllimləri öz fəaliyyətlərini dayandırmayıb. Onlar Azərbaycanın müxtəlif bölgələrindən olan aktiv fiziki tərbiyə müəllimləri ilə birlikdə karantin dövründə məsafədən və onlayn rejimdə həyata keçirilən fiziki tərbiyə dərsləri, onların səmərəliliyini müzakirə etmək üçün videokonfrans təşkil ediblər.
Konfransda “İnkişaf Naminə İdman” İctimai Birliyinin rəhbəri Mehman Kərimov müəllimlərin onlayn dərslər təşkil etməsinin şagirdlər üçün hədsiz faydalı olduğunu bildirib: “TOPs proqramında iştirak edən müəllimlərin onlayn təlimlərini sosial şəbəkələrdə palyaşmışıq. Şagirdlər hərəkətsiz qalmamalı, idmana həvəsi azalmamalıdır. Bu, onların fiziki və emosional inkişafı üçün vacibdir. Təlimçilərimizin şagirdlərlə mütəmadi ünsiyyətdə olması və onları dərslərə cəlb etməsi təqdirəlayiqdir”.
TOPs proqramının layihə rəhbəri Vəli Musayev qeyd edib ki, ev şəraitində TOPs metodologiyası vasitəsilə fiziki dərsləri təşkil edərkən idman alətlərindən istifadə etmək alınmır. Buna görə də müəllimlər evdəki əşyaları idman aləti kimi istifadə yollarını təklif etməli, nümunələr göstərməlidir. Sevindirici haldır ki, artıq bir neçə müəllim məhz bu vasitə ilə uşaqlara dərslər keçməyə başlayıb.
Videokonfransda Bakı, Sumqayıt, Astara, Gəncə, Mingəçevir şəhərlərindən olan aktiv fiziki tərbiyə müəllimləri çıxış ediblər və təkliflər irəli sürüblər. Vurğulanıb ki, fiziki tərbiyə müəllimləri TOPs metodologiyasından istifadə etməklə daha rəngarəng və hamının iştirakını təmin edən dərslərin çəkilməsini və yayımını həyata keçirməlidirlər.
Xatırladaq ki, TOPs proqramı Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-2015-ci tədris ilindən həyata keçirilir. Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir.
2019-2020-ci tədris ilində TOPs proqramına Bakı, Sumqayıt, Abşeron, Qobustan, Gəncə, Şamaxı, Quba, Qusar, Siyəzən, Xızı, Şabran, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblər cəlb olunub.
Tehsil-press.az