AMEA koronavirus pandemıyasına dair onlayn konfrans keçirəcək

AMEA koronavirus pandemıyasına dair onlayn konfrans keçirəcək AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək.
Konfransda aşağıda qeyd edilən ı istiqamətlər üzrə müzakirələr aparılacaq:
-Yeni pandemiya və epidemiya təhlükələrinin qarşısının alınmasında müasir elmi biliklərin və innovativ texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlıq və milli biotəhlükəsizlik çağırışları;
-Təkamül və epidemiologiya, gələcək risklər;
-Viral müxtəliflik, koronaviruslar dünyası, onların təkamül dinamikası;
-Yeni koronavirusların yaranması və onlara qarşı immunitetin inkişafı üçün populyasion genom tədqiqatları;
-COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları;
-Viruslara qarşı mübarizədə peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi;
-Epidemik alovlanmaların proqnozlaşdırılması, riyazi modellər;
-Pandemiyalar və bioetik problemlər;
-Mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin gələcək inkişaf perspektivləri.
Seminarda çıxış etmək istəyənlər tezislərini mayın 11-dək [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “COVID-19 – konfrans” sözlərinin yazılması tələb olunur.
Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1.15 qoymaqla, 1 səhifə həcmində olmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər