ADMİU-nun tələbələri Nəsiminin yubileyinə həsr olunan musiqili kompozisiya təqdim edəcəklər

ADMİU-nun tələbələri Nəsiminin yubileyinə həsr olunan musiqili kompozisiya təqdim edəcəklər Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bununla bağlı Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanovun təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Cahan mənəm...” adlı tədbir keçiriləcək.
Kompozisiyaya “Nəsimi” bədii filmindən “Qafil oyan” dərviş mahnısı, “Eylədi” mahnısı, “Şur təsnifi”, “Segah” təsnifi və “Səmayi-şəms” ritmik muğamı daxildir.
Tədbirdə Xalq artisti Teyyub Aslanov, solo oxu ixtisasının tələbələri Məftun Səfərli, Ramil Hümbətli, Rəvan Qaçayev, Vüqar Əbilov, musiqiçilər Əməkdar artist Əliağa Sədiyev (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Vüsal Qasımov (tar), Kamal Abdullayev (kamança), Pərviz Əlikram oğlu (balaban), Xəyyam Quliyev (ud) və Cavidan Nəbiyev (nağara) çıxış edəcəklər.

ADMİU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər