Paytaxtın təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı mövzusunda müzakirələr aparılıb

Paytaxtın təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı mövzusunda müzakirələr aparılıb Paytaxtın təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.
Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə keçirilən videokonfransda Xəzər rayonu məktəblərində çalışan gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, TDM və Xəzər rayonu Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər.
Videokonfransın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək, X-XI sinif şagirdlərinin hərbi xidmətə hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən işləri müzakirə etmək, bu sahədə atıla biləcək addımların müəyyən olunması yolunda fikir mübadiləsi aparmaqdan ibarətdir.
Pandemiya dövründə gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin fəaliyyət prioritetlərinin müzakirəsinə həsr olunan belə videokonfransların paytaxtın digər rayonları üzrə keçirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, mövcud tibbi-profilaktik vəziyyətlə bağlı evdə qalan şagirdlərin fiziki fəallığını artırmaq və onlarda vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri mütəmadi olaraq yuxarı sinif şagirdləri ilə onlayn görüşlər keçirirlər.

Tehsil-press.az

Oxşar xəbərlər