Xəzər Universitetinin əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

Xəzər Universitetinin əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub Xəzər Universiteti Kompüter elmləri departamentinin əməkdaşı Amir Rahmaninin birgə əməkdaşlıq çərçivəsində həmmüəllifi olduğu məqalə “Springer” beynəlxalq bazasında referatlaşdırılmış “Air Quality, Atmosphere & Health” jurnalında dərc edilib.
Tədqiqatçılar tərəfindən havanın keyfiyyətinin aşkar edilməsi və bitki örtüyünün hava keyfiyyəti üçün zəruri olan sıxlıq faizi və qeyri-səlis və neyron şəbəkəsi metodlarına əsaslanan yeni alqoritmin tətbiqinin effektivliyi araşdırılıb. Tədqiqatlar payız və qış fəslində hava şəraitinin vaxtaşırı ölçülməsi və qiymətləndirilməsi ilə aparılıb. Tövsiyə olunan bitki örtüyü sıxlığının PM2.5 göstəricisinin, yəni havanın ölçüsü 2,5 mikrometrdən kiçik olan hissəciklərlə çirklənməsinin 20-74 faiz azalmasına səbəb olması müəyyən edilib.
Məqaləni https://link.springer.com/article/10.1007/s11869-020-00844-4#auth-2 linki vasitəsilə oxumaq olar.

Tehsil-press.az

Oxşar xəbərlər