Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovla görüşüb.
Rektor görüşün elmin istehsalatla əlaqəsini genişləndirmək və tələbələrin öz sahələri üzrə işlə təmin etmək məqsədilə keçirildiyini qeyd edib.
Rasim Məmmədov rəhbərlik etdiyi müəssisə haqqında qonaqlara məlumat verib. O, “Baku Steel Company” şirkətinin AzTU ilə əməkdaşlıq etməsinin, tədqiqat işlərinin artırılmasının, həmçinin tələbələrinin burada işlə təmin olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, “Baku Steel Company” şirkətində Metallurgiya və materialşünaslıq fakültəsinin filialının yaradılması nəzərdə tutulur. Həmçinin tədqiqat işlərinin genişləndirilməsi çərçivəsində universitetin energetika, elektrotexnika və avtomatika, maşınqayırma və robototexnika fakültələrində təhsil alan tələbələrin də işə götürülməsi şirkətin məqsədlərindəndir.

AzTU-nun Mətbuat Xidməti