Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti tədris ilindən 9 müxtəlif mühəndislik ixtisasları üzrə bakalavriat səviyyəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Artıq bu ixtisaslar üzrə beynəlxalq təcrübələr araşdırılıb, tədris standartları və tədris planları müasir tələblər səviyyəsində yenidən hazırlanıb. Beynəlxalq standartların tələblərinə cavab verən yeni tədris kampusunda ən müasir cihazlarla təchiz edilən 12 laboratoriya yeni tədris ilindən tələbələrin ixtiyarına veriləcək.
Bu fikirlər UNEC-in Ekspertiza və standartlaşdırma fakültəsinin dekanı, dosent Tofiq Osmanovun “UNEC-də yüksəkixtisaslı mühəndis kadrları hazırlanacaq” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə deyilir ki, nəinki respublikamızın, hətta regionun ən qabaqcıl universitetlərindən biri olan UNEC beynəlxalq standartların tələblərinə cavab verən yüngül və yeyinti sənaye sahələri üçün yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına hədəflidir. Çünki müasir dövrdə mühəndislik bir peşə sahəsi kimi, elmi-nəzəri cəhətdən əsaslanan və empirik təsdiq edilən biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir.
Müasir cəmiyyətdə mühəndislik bölümü olan universitetlərin hazırladıqları ixtisasçılar qrupu tərəfindən müxtəlif sahələrin mühəndisliyi yerinə yetirilir. Sənaye mühəndisliyi, materiallar mühəndisliyi, ekologiya mühəndisliyi, qida mühəndisliyi və s. ixtisaslar üzrə mütəxəssislər ölkənin ən nüfuzlu universiteti olan UNEC-də hazırlanır. Bu ixtisaslara yiyələnən yüksəkixtisaslı mühəndislər sanki strateji yol xəritəsi ilə irəliləyişin bələdçiləridir.
Mühəndislik ixtisasına yiyələnənlər xammal və materialların tədarük edilməsindən müxtəlif növ hazır məhsulların son istehlakçıya çatdırılmasına qədər bütün prosesləri, həmçinin xidmətləri sistemləşdirməyə, onlara nəzarəti həyata keçirməyə qabil mütəxəssis kimi qəbul edilir. Müvafiq ixtisaslara yiyələnənlər qida təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyinin təmin olunması, nəzarət, planlaşdırma üzrə menecer, texnoloq, logistik, həmçinin proseslərin optimallaşdırılması, təchizat zəncirinin idarə edilməsi, xidmət sahələrində əməliyyatların idarə edilməsi sahələrində dövlət qarısında bir mütəxəssis, bir vətəndaş kimi öz vəzifə borclarını yerinə yetirə, karyerada uğurlar qazana bilərlər. Mühəndislər müxtəlif sahələrdə çalışan mütəxəssislər arasında əməkdaşlığın yaradılmasında da maraqlı tərəf kimi çıxış edir.
Beləliklə, hər bir mühəndis dövlət səviyyəsində, sənaye, xidmət, ticarət sahələrində fəaliyyət göstərən bütün təşkilatlarda çalışa bilmək imkanına malik olmaqla Azərbaycanda gedən iqtisadi inkişafda yaradıcı iştirakçıdır.
Tehsil-press.az