Dövlət İdarəçilik Akademiyasında növbəti onlayn konfrans - “İdarəetmədə yeni yanaşmalar”

Dövlət İdarəçilik Akademiyasında növbəti onlayn konfrans - “İdarəetmədə yeni yanaşmalar” Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “İdarəetmədə yeni yanaşmalar” mövzusunda onlayn poster konfrans keçirilib.
Konfransda akademiyanın rektoru, akademik Urxan Ələkbərov müasir dövrdə cəmiyyətin inklüziv inkişafının əhəmiyyətini vurğulayaraq, bu prosesdə gənclərin oynadığı mühüm rolundan danışıb. Rektor qeyd edib ki, Azərbaycanda müşahidə edilən inklüziv inkişafın nəticələrini bütün vətəndaşların öz həyatlarında hiss etmələri əsası hələ XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idarəçilik strategiyasının innovativ xarakteri ilə birbaşa bağlıdır. Bu strategiyanın davamlı olması isə gələcək nəsillərin və xüsusən də indiki gənc nəslin üzərinə böyük məsuliyyət yükü qoyur. Konfransda İnzibati idarəetmə fakültəsi üzrə “Davamlı inkişafın idarə edilməsi”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Menecment”, “İqtisadiyyat” və “Kompüter elmləri” ixtisaslarında təhsil alan tələbələr aktiv iştirak ediblər.
Posterlərin mövzuları aktuallıq kəsb etməklə maraqlı təqdimatlarla yadda qalıb.

Tehsil-press.az

Oxşar xəbərlər