“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri üçün müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi üzrə ixtisasartırma xidməti təlimləri davam edir.
Üç mərkəzdə 6 qrup üzrə keçirilən, ümumilikdə 48 akademik saatı əhatə edən, 12 günlük təlim müddətində iştirakçılar tədris materiallarının və dərslərin keçirilməsi üçün layihə metodikasından istifadə bacarıqlarına yiyələnirlər.
İştirakçılar, həmçinin layihə çərçivəsində müasir təlim strategiyaları, qiymətləndirmə üsul və alətləri ilə tanış olur, bu mexanizmlərdən səmərəli istifadə edərək dərsi şagirdin marağına və XXI əsrin tələbinə uyğun qurmağı öyrənir, onu daha da zəngin və rəngarəng edirlər. Layihə metodikasını mənimsəyən müəllimlər şagirdləri daha yaradıcı təlimə cəlb etməyə müvəffəq olurlar.
Hazırda Bakı şəhərindəki 32, 70 və 238 nömrəli tam orta məktəblərdə yerləşən təlim mərkəzlərində məktəbdənkənar təhsil müəssisələrinin 92 müəllimi iştirak edir.
Tehsil-press.az