Dövlət İdarəçilik Akademiyasında təhsil alan dövlət qulluqçuları üçün dissertasiya müdafiəsi onlayn təşkil edilib

Dövlət İdarəçilik Akademiyasında təhsil alan dövlət qulluqçuları üçün dissertasiya müdafiəsi onlayn təşkil edilib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) təhsil alan dövlət qulluqçularının magistr dissertasiya işlərinin müdafiəsi onlayn təşkil edilib.
Ölkədə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 3-dən bütün təhsil müəssisələrində, o cümlədən DİA-da ənənəvi tədris dayandırılıb və onlayn təhsilə start verilib. Ona görə də tələbələrin imtahan sessiyası, bakalavr və magistratura səviyyəsində müdafiələr də onlayn formatda təşkil olunub. Müdafiələr əvvəlcədən tərtib edilmiş cədvələ uyğun olaraq keçirilib. “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi”, “Regional idarəetmə”, “Elektron idarəetmə” və “Davamlı inkişafın idarə edilməsi” ixtisasının “Davamlı inkişafın planlaşdırılması” ixtisaslaşmaları üzrə təhsil alan magistrlər və İxtisaslaşdırılmış Elmi Şura üzvləri onlayn rejimdə sistemə qoşulub və canlı dialoq formatında magistrlərin təqdimatlarını dəyərləndiriblər.
Qeyd edilib ki, rəhbər kadrların yenidən hazırlanması fakültəsi üzrə 4 qrupda dövlət və bələdiyyə idarəçiliyi, davamlı inkişafın planlaşdırılmasının aktual problemlərinə dair 75 magistr işi müdafiəyə buraxılıb və müvəffəq qiymətlə qiymətləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər