Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başa çatıb.
Karantin rejiminin tələblərinə uyğun olaraq onlayn təşkil edilən imtahanların sonuncusu radiasiya materialşünaslığı ixtisası üzrə radiasiya qeydedici cihazların əsasları fənnindən keçirilib.
Qeyd edilib ki, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov və elmi müəssisənin digər rəhbər şəxsləri magistrantların yay imtahan sessiyasının bütün imtahanlarında iştirak edib, həmçinin müdafiə işləri haqqında təklif və tövsiyələr səsləndiriblər.
Tehsil-press.az