İspaniyada 30 minlik şəhər təcrid edildi

İspaniyada 30 minlik şəhər təcrid edildi İspaniyanın şimalındakı Kastiliya-i-Araqon əyalətinin rəhbərliyi 32 min əhalisi olan Aranda-de-Duero şəhərini təcrid etmək qərarı verib.
Buna səbəb şəhərdə və ətraf bölgələrdə koronavirusa yoluxma sayının artması olub.
Yeni qərara əsasən, şəhərə giriş-çıxış məhdudlaşdırılır, bundan başqa, kafe və restoranların iş saatları azaldılır. Şəhərdə 10 nəfərdən çox qruplarda toplaşmaq qadağan edilir.
Eyni zamanda, Basklar Ölkəsi regionunun rəhbərliyi də yoluxma sayının artmaqda olduğunu və regionun “ikinci dalğa” ilə üzləşdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər