Bu gün bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Belə bir dönəmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi tapşırıqlar verilməklə vətəndaşların konstitusion ali hüququ - sağlamlığın qorunması və bunun üçün lazımi sanitar-epidemioloji tədbirlərin görülməsi, infrastruktur və digər şəraitin yaradılmasının dövlətimiz tərəfindən təmin olunması xüsusi təqdirəlayiq haldır.
Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, professor Aytən Mustafazadə söyləyib.
O vurğulayıb ki, ölkə başçısının birbaşa nəzarəti altında həyata keçirilən qabaqlayıcı tədbirlərin müsbət nəticəsi danılmazdır. Verilən qərarlara, özünütəcrid qaydalarına riayət etsək, tez bir zamanda virusdan xilas ola bilərik. Bu mübarizədə hər bir vətəndaşın üzərinə məsuliyyət düşür.
Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Lakin koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Prezident İlham Əliyev ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Dövlət başçısı tərəfindən pandemiyanın geniş yayılmaması və mövcud vəziyyətin nəzarətdə saxlanılması üçün müvafiq tapşırıqlar verilir, lazımi tədbirlər görülür. Odur ki, hər kəs verilən tapşırıqlara əməl etməlidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz.
Koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz. Karantin məhdudiyyətlərinin bir qisminin yumşaldılmasına baxmayaraq, hələ də ölkəmiz və bir çox vətəndaşımız bu virusla mübarizə aparır. Sevdiyimiz insanların, cəmiyyətimizin sağlam olmasını istəyiriksə, xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə etməməliyik.
Dünya ölkələrinin təcrübəsindən də göründüyü kimi, koronavirusla mübarizə uzunmüddətli prosesdir, xəstəliyə qarşı qabaqlayıcı tədbirlər davam etdirilməlidir. Hər bir vətəndaşımız sosial məsuliyyətindən irəli gələrək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir.
“Xüsusi karantin qaydalarına əməl edilməməsi Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoyur. Xəstəliyin simptomları müşahidə edilməyən yoluxmuş insanların aramızda ola biləcəyini nəzərə alsaq, əhalinin sıx təmasları, ciddi zərurət olmadığı halda evdən çıxmaları, karantin dövrünün tələblərinə tabe olmamaları pandemiyanın yeni, “ikinci dalğa”sının meydana çıxması ilə uzunmüddətli karantin rejiminə keçilməsinə səbəb ola bilər. Belə halların baş verməməsi üçün dövlət tərəfindən irəli sürülən bütün tələblərə ciddi riayət olunmalıdır”, - deyə professor Aytən Mustafazadə qeyd edib.
O vurğulayıb ki, xüsusi karantin günlərində atılan bütün addımlar, görülən tədbirlər xalqın sağlamlığına hesablanıb.
Tehsil-press.az