Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində pandemiya tam nəzarətə alınaraq koronavirusun törədə biləcəyi ağır fəsadların qarşısı alındı. Nəticədə dünya ölkələri ilə müqayisədə yoluxma və ölüm halları minimuma endirildi.
Fədakar həkimlərimiz aylardır gecə-gündüz bilmədən, istirahət etmədən işləyir, saatlarla xüsusi geyimdə olurlar. Tibbi geyimlərdə saatlarla qalmaq nə qədər çətin olsa da, onlar yenə də yorulmadan çalışır, COVID-19-la mübarizə aparır, insanların sağlamlığının keşiyində dururlar.
Prezident İlham Əliyev ölkəmizdə koronavirus xəstələrinin tam dövlət hesabına müalicə aldıqları barədə demişdir: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.
Karantin rejiminin tətbiq edildiyi bu günlərdə məsuliyyətli olmalı, özümüzü və yaxınlarımızı qorumalı, təlimatlandırmalı və profilaktik tədbirlər görməliyik. Koronavirus pandemiyası dövründə karantin qaydalarına ciddi riayət etməliyik. Unutmamalıyıq ki, bu virusdan heç kəs sığortalanmayıb.
Tehsil-press.az