Yaponiya parlamenti hakim Liberal Demokratik Partiyanın (LDP) iki gün əvvəl seçilmiş yeni sədri Yoşihide Suqanı ölkənin Baş Naziri təsdiq etdi. Y.Suqa bu vəzifədə Yaponiya tarixində fasiləsiz olaraq hökumətə ən uzun müddət başçılıq etmiş Şinzo Abeni əvəzlədi. Bəs, onun yeni hökumətin başçısı vəzifəsini tutması yapon xalqına nələr vəd edir? Y.Suqa xüsusən xarici siyasətində hansı xətti tutacaq?
Bu suallar bu gün yalnız Yaponiyada deyil, eyni zamanda, “Gündoğar ölkə” ilə əməkdaşlıqda maraqlı olan bütün xarici ölkələrin mütəxəssislərini düşündürür.
Əvvəla qeyd edək ki, Şinzo Abe Yaponiyanın Baş Naziri vəzifəsini xroniki kolit xəstəliyinin kəskinləşməsi ilə əlaqədar tərk etdi. Təbii ki, Yaponiya siyasətində xüsusi yer tutmuş Ş.Abe hakimiyyətdən heç də bu formada ayrılmaq istəmirdi. Burada söhbət yalnız onun xəstəliyindən deyil, həmçinin hökumətə başçılıq etdiyi dövrdə ölkənin qarşısında duran vəzifələrin həllindən və xüsusən də 2020-ci ildə Yaponiyada yaranmış problemlərdən gedir. İndi bu problemləri Y.Suqa hökuməti həll etmək məcburiyyətindədir və onları reallaşdırmaq üçün yeni Baş Nazirin vaxtı çox azdır. Belə ki, ölkədə növbəti seçkilərin 2021-ci ilin oktyabrında keçirilməsi gözlənilir.
Y.Suqanın tərcümeyi-halına gəlincə, fikrimizcə, bu, ayrıca təhlilin mövzusudur. Yaponiyanın tanınmış digər liderlərindən fərqli olaraq, Y.Suqa ənənəvi siyasətçilər nəslinə mənsub deyil. Əksinə, yeni Baş Nazir ölkənin şimal əyalətində yaşamış və çiyələk yetişdirməklə məşğul olmuş çox da varlı olmayan kəndli ailəsinə mənsubdur. Onun siyasi qalmaqal və mübadilələrlə dolu uzun bir yol keçdiyi, gərgin mübarizə nəticəsində Ş.Abenin “sağ əli”nə çevrildiyi qeyd edilir.
Eyni zamanda, Ş.Abe kabinetində onun rolunu azaltmaq da düzgün deyil, təqribən 8 il müddətində Yaponiya hökumətində ikinci yeri tutan bu şəxs yorulmadan üzvü olduğu kabinetin siyasətinin cəmiyyətə çatdırılması istiqamətində çalışıb. Buna görə də məhz onun Ş.Abenin hakimiyyəti könüllü şəkildə tərk etməsindən sonra idarəetməni ələ keçirməsi çoxları üçün elə də gözlənilməz yenilik olmadı. Bununla yanaşı, heç də hər şey göründüyü kimi sadə deyil.
Texniki baxımdan, üzvü olduğu hakim Liberal Demokratik Partiyada mövcud yeddi fraksiyadan beşinin onun namizədliyini dəstəkləməsi, xüsusən də həm partiyada, həm də cəmiyyətdə nüfuzu ilə seçilən partiya liderlərinin onun namizədliyini müdafiə etməsi, daxili seçkilərdə rəqiblərini üstələməkdə ona böyük kömək oldu. Bundan sonra parlamentdə formal xarakter daşıyan müzakirələrdə də onun namizədliyi əksər deputatlar tərəfindən dəstəkləndi. Bu məsələlərin belə asanlıqla başa çatması Y.Suqa üçün nə qədər sevindirici olsa da, demək olar ki, onun üçün həmin xoş anlar elə bununla da başa çatmış oldu.
Yəqin ki, siyasətdə bu və ya digər hökumət başçısından yorulmaq kimi anlayışın mövcudluğunu əksəriyyət yaxşı bilir. Belə vəziyyətdə liderin getməsi və hakimiyyətin onun yaxın silahdaşlarından birinə təhvil verilməsi heç də arzu edilən nəticəyə gətirməyə bilər. Buna misal olaraq, ABŞ-da Hilari Klintonun məğlubiyyətini göstərmək olar. D.Tramp məhz onu “Hilarinin hakimiyyəti Obamanın üçüncü müddəti demək olacaq” deyimi ilə üstələmiş oldu. Y.Suqa da demək olar ki, buna oxşar vəziyyətdədir.
Y.Suqa 8 il müddətində fasiləsiz olaraq hökumətin siyasi xəttinin hazırlanmasında iştirak edib və demək olar ki, Ş.Abenin siyasi xətti ilə birlikdə böyüyüb. Məhz buna görə də Y.Suqaya qarşı onun xələfinin dövründə yaranmış problemlər səbəbindən ittihamlar irəli sürüləcək ki, belə çatışmazlıqlar da kifayət qədər çoxdur.
İlk belə ciddi problem kimi koronavirusun böyük zərbə vurduğu Yaponiya iqtisadiyyatını göstərmək olar. Sabiq Baş Nazir Şinzo Abe əhaliyə yardım etmək üçün maliyyə vəsaiti ayrılmasına xüsusi diqqətlə yanaşdı. Yaponiyada yaşayan hər bir insan hökumətdən 100 min yen (təqribən 940 dollar) vəsait alsa da, bu böhranın qarşısını almadı. Hazırda hökumət ölkə iqtisadiyyatına daha böyük təsirin qarşısını almağın yollarını müzakirə edir və Y.Suqa təcili qərar qəbul etmək məcburiyyətindədir. Əks halda, bu, fəlakətə səbəb ola bilər.
Ölkənin qarşısında dayanan ikinci böyük problem koronavirusla mübarizədir. Qeyd edək ki, Y.Suqa daxili turizmi qaldırmaq məqsədilə təşəbbüskarı olduğu “Go travel” (“Səyahətə yollan”) proqramına görə kəskin tənqidə məruz qalıb. Bu proqramın nəticəsi heç də arzuedilən olmayıb. Belə ki, bu qərar nəinki turizm sektoruna yardım etmədi, hətta həmin proqram nəticəsində xəstəlik ölkənin ucqar əyalətlərinə də ayaq açıb. Bundan sonra hökumət həmin proqramı dayandırmaq məcburiyyətində qalıb. Əgər Y.Suqa bir daha belə səhvə yol verərsə, yəqin ki, yapon cəmiyyəti bunu ona bağışlamayacaq.
İndiki şəraitdə Yaponiyanın xarici siyasət və beynəlxalq vəziyyətini də əlverişli adlandırmaq düzgün olmaz. Doğrudur, Y.Suqa Yaponiya siyasi sisteminin “şahini” hesab olunsa da, onun diplomatik bacarığı o qədər də yüksək qiymətləndirilmir. Belə ki, onun yalnız alternativ variant qalmadığı təqdirdə kəskin addımlar atdığı qeyd edilir.
Şinzo Abenin hakimiyyəti dövründə Yaponiyanın Çin ilə sıx ticarət münasibətləri qurduğu bildirilsə də, iki ölkə arasındakı münasibətləri heç də kifayət qədər isti hesab etmək olmaz. Belə ki, yalnız cari ilin geridə qalan səkkiz ayı ərzində Çin gəmiləri 111 dəfə mübahisəli Senkaku adaları yaxınlığındakı sulara daxil olub və bir neçə dəfə yapon balıqçılara hücum edib. Doğrudur, Ş.Abe hökuməti Çinin Sədri Si Cinpinin cari ilin aprelində Yaponiyaya dövlət səfərinin iki ölkə arasında münasibətlərin inkişafına böyük təkan verəcəyinə ümid bəsləsə də, koronovirus pandemiyasına görə bu səfər də baş tutmadı. Belə olan şəraitdə Y.Suqa Çin ilə münasibətləri balanslaşdırmağa çalışmalıdır. Çünki bir tərəfdən iki ölkə arasında açıq rəqabətin gücləndirilməsi onsuz da zəif düşmüş iqtisadiyyatı çökdürə bilər, digər tərəfdən isə Çinə hər hansı güzəşt Yaponiyanı müttəfiqlərin təzyiqinə məruz qoyar və ölkə daxilində iğtişaşların artmasına gətirib çıxara bilər.
Yaponiyanın xarici siyasətində digər gərgin məqam Şimali Koreya ilə bağlıdır. Y.Suqa Kim Çen Ina qarşı kifayət qədər kəskin mövqe nümayiş etdirir. O, Şimali Koreyaya qarşı BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin həyata keçirilməsinin və hətta onların daha da kəskinləşdirilməsinin tərəfdarıdır.
Yaponiyanın müttəfiqləri olan dövlətlərlə münasibətlərində də gərginlik var. Hətta onun ən etibarlı müttəfiqi sayılan ABŞ ilə münasibətlərində gərginlik müşahidə edilməkdədir. Sabiq Baş Nazir Ş.Abe uzun müddət Prezident D.Trampla dostluq münasibətləri qurmağa çalışıb və demək olar ki, müəyyən uğura da nail ola bilib. Məhz bu dostluq münasibətlərinin nəticəsində Yaponiya ordunun silahlandırılmasında irəliləyiş əldə edib. Lakin buna baxmayaraq, həmin şəxsi münasibətlər ABŞ liderinin ölkəsinin Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmadan çıxması barədə qərarının qarşısını ala bilmədi və bu Yaponiyaya güclü zərbə oldu. Y.Suqanın qarşısında duran vəzifələrdən biri də ABŞ ilə əlaqələrin bərpasına nail olmaq və D.Trampın ölkəsinin hərbçilərinin Yaponiya ərazisində qalması ilə bağlı xərcləri təqribən 4 dəfə artırmaq tələbini həyata keçirməkdən ibarət olacaq.
Y.Suqanın xarici siyasət sahəsində qarşısında duran vəzifələrdən digəri Rusiya ilə münasibətlərin tənzimlənməsidir. Çox güman ki, onun Moskva ilə yeni əlaqələr qurmaq üçün yaxın zamanda konkret addımlar atacağını demək çətindir. Tokio yəqin ki, Cənubi Kuril adalarına iddiasından əl çəkmək niyyətində deyil, lakin Y.Suqa da Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir. Yeni Baş Nazir artıq bəyan edib ki, o, Rusiya ilə danışıqların məhz dörd adanın mənsubiyyətinin dəqiqləşdirilməsi istiqamətində aparılmasının tərəfdarıdır.
Əgər bir cümlə ilə ifadə etmək istəsək deyə bilərik ki, Yaponiyanın yeni Baş Nazirini sadəcə çox yox, olduqca çox problemlərin həlli gözləyir. Bu problemlərin əksəriyyətinin həlli üçün isə Yaponiyanın yeni rəhbərinin çox az, cəmi bir il vaxtı var. Əgər o, bu vəzifələrin öhdəsindən gələ bilməsə, bu halda 2021-ci ilin payızında Yaponiyanı yeni hökumət dəyişikliyi gözləyə bilər. Özü də bu dəyişiklik yalnız Baş Nazir kürsüsünün birinci şəxsdən ikinci şəxsə ötürülməsi kimi yox, daha böyük miqyasda reallaşa bilər.
Tehsil-press.az