Çin Xalq Respublikasının Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyasının İpəkçilik İnstitutunun əməkdaşları Vang Xiangyu, Lou Qinian, Vang Zhaohong, Zou Deqing və Tang Venqia AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) direktoru, fizika- riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü ilə görüşüblər.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, kadr mübadiləsinin aparılması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinə dair müzakirələr aparılıb.
Daha sonra çinli mütəxəssislər ŞREM-in tut ipəkqurdunun seleksiyası şöbəsində və genefond bağında görülən işlərlə tanış olublar.
Tehsil-press.az