Son günlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tikilən və əsaslı təmirdən sonra istifadəyə verilən məktəblərin açılışında iştirak edir, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün yaradılan şəraitlə və yeni texniki vəsaitlərlə tanış olur, öz dəyərli tövsiyələrini verirlər. Bütün bunlar bir daha dövlətimizin Azərbaycan təhsilinə olan qayğısının sübutudur. Koronavirus pandemiyasının dünyada və ölkəmizdə törətdiyi fəsadlara baxmayaraq, təhsil həmişəki kimi dövlət başçısının nəzarətindədir. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar bu sahənin uğurlu gələcəyinə istiqamətlənib. Təhsilin maddi-texniki bazasının yüksəldilməsi dövlətimizin qarşıya qoyduğu vacib məsələlərdəndir. Ulu öndər Heydər Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, “Təhsili olmayan millətin və dövlətin gələcəyi yoxdur”. Təhsilin inkişafına qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Hər il ölkəmizdə onlarla yeni məktəb binasının tikilməsi, əsaslı təmir edilməsi, yeni və müasir avadanlıqlarla təchiz olunması təhsilin inkişafına göstərilən diqqət və qayğının əyani sübutudur. Azərbaycan bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə qısa müddət ərzində bu qədər məktəb tikilməyib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə hər il ölkəmizdə təhsil sahəsinin inkişafı, müasir təhsil müəssisələrinin tikintisi və təmiri, infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə atılan addımlara Heydər Əliyev Fondunun töhfələri də olduqca mühümdür. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində ölkəmizdə müasir məktəblərin və körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir.
Bunu Bakıdakı 193 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Rahim Hüseynov söyləyib. O bildirib ki, yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən 47 məktəb binası şagirdlərin istifadəsinə verilib. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəblərdir. Ümumiyyətlə 2020-ci ilin sonuna kimi nazirlik tərəfindən təmir-tikinti işləri yekunlaşdırılaraq 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onların 60-ı modul tipli məktəblərdir. Ölkəmizdə modul tipli məktəblərin istifadəyə verilməsi və onların hər bir lazımi vəsait ilə təmin olunması, şəhər və rayon mərkəzlərindən uzaqda, kiçik yaşayış məskənlərində yaşayan uşaqlara tam şəkildə təhsil almasına imkan yaradır. Bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri gənc nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu sahədə həyata keçirilən layihələr Azərbaycan təhsilinin inkişafına, şagirdlərin dünya görüşünün artırılmasına, bilik və bacarıqlarının məntiqi, tənqidi və yaradıcı təfəkkürünün, müstəqil düşüncə fikrinin inkişafına yönəlib. Bu isə öz növbəsində Azərbaycan məktəbini və təhsilini dünya təhsil sisteminə inteqrasiyasına, orada olan paradiqmalara və strategiyalara uyğun aparılmasına imkan verir. 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 şagird təhsil alacaq. Ümumtəhsil məktəblərinin I sinfində 165 min 511, IX sinfində 132 min 734, XI-XII siniflərində isə 85 min 44 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Şagirdlərin hamısı yeni dərsliklərlə təmin olunub.
“Dünyanı bürüyən pandemiya Azərbaycandan da yan keçmədi. 2020-ci il martın 3-də COVID-19 pandemiyasının yayılması səbəbi ilə ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlandı. Lakin bu çətinliklərin aradan qaldırılması istiqamətində reallaşdırılan layihələr, həyata keçirilən tədbirlər nəticəsində yaranan problemlər tez bir zamanda öz həllini tapdı. Belə ki, Azərbaycanın bütün pedaqoji heyəti müxtəlif texniki vasitələrdən istifadə etməklə onlayn dərslərin keçirilməsinə başladı. Ölkənin iki telekanalında teledərslərə start verildi, “Virtual məktəb” layihəsi həyata keçirildi. Ümumiyyətlə “Virtual məktəb”də yerləşdirilən yüzlərlə dərs, elektron dərsliklər, yoxlama test tapşırıqları, valideyn və müəllimlər üçün yaradılan portallar şagirdlərin təhsildən kənar düşməsinin qarşısının alınmasında əhəmiyyətli rol oynadı. Yeni tədris ili digər illərdən fərqlənir. Azərbaycanda dərslər əyani və distant formada keçirilir. Məktəbimizdə valideynlərin çox az hissəsi uşaqlarının təhsil müəssisəsindən tam şəkildə təcrid olunmasına razılıq verdi. Çünki onlar da başa düşürlər ki, şagirdləri sevimli məktəbindən, müəllimlərindən, sinif yoldaşlarından ayırmaq onların gələcək inkişafında mənfi rol oynaya bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, 6 ay ərzində məktəbdən kənar qalan, uzaqlaşan şagirdlər bu gün çox fərqlənirlər. Bu altı ay müddətində müşahidə etdikləri hadisələr, ailədə gedən söhbətlər, hamının bir-birinə olan qayğısı, uşaqları daha ciddi, işgüzar və intizamlı edib. Şagirdlərin davranışlarından məktəb üçün darıxdıqları, müəllim sözünə, dostlarının köməyinə ehtiyaclarının olması açıq-aydın hiss edilir. Biz müəllimlərin indi ən əsas işi onların məktəbə sevgisini və marağını artırmaqdır”, - deyə Rahim Hüseynov bildirib.
Tehsil-press.az