Möhtərəm Prezident, cənab Ali Baş Komandan
Torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən, xalqımız üçün çox böyük tarixi əhəmiyyət daşıyan Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan qələbələrə görə Sizi və şanlı ordumuzun bütün əsgər, gizir və zabitlərini ürəkdən təbrik edir, AMEA-nın Fizika İnstitutunun, “Azəreneji” ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun kollektivləri adından Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Əminik ki, Sizin cəsarətiniz və qətiyyətiniz sayəsində qəhrəman ordumuzun tezliklə işğaldan azad edəcəyi doğma Qarabağımızın və digər ərazilərimizin hər bir guşəsində Azərbaycanın üçrəngli bayrağı dalğalanacaqdır.
Möhtərəm cənab Prezident, qazanılmış hər bir qələbə ilə Siz ulu öndər Heydər Əlivevin müqəddəs ruhunu yaşatmaqla bərabər, onun respublikamıza uzun müddətli rəhbərliyi dövründə yaşayıb-yaratmış, Vətən elminin inkişafına öz töhfələrini vermiş, doğma Qarabağımızın, eyni zamanda, işğal altında olan digər ərazilərimizin işğaldan azad edilməsini səbirsizliklə gözləyən və çox təəssüflər ki, bu günləri görməyərək, dünyasını dəyişmiş mərhum alimlərimizin də ruhunu şad edirsiniz, onların yaratdığı elmi məktəbləri davam etdirən tələbələrini ruhlandırımaqla həmin məktəblərin gələcək inkişafı üçün çox dəyərli bir zəmin yaradırsınız.
Azərbaycanın xilaskar ordusunun növbəti uğurlarından olan Füzuli şəhərinin və onun ətraf kəndlərinin işğaldan azad edilməsi xəbəri, bütün xalqımızı, o cümlədən ölkəmizin aparıcı elmi məktəblərindən olan “Yüksək gərginliklər fizikası və texnikası” məktəbinin bütün mənsublarını hədsiz dərəcədə sevindirdi. Belə ki, işğaldan azad edilmiş kəndlər arasında bizim əziz və unudulmaz müəllimimiz - Azərbaycanda elektrofizika və energetika elmlərinin inkişafında dəyərli töhfələri olan, keçmiş SSRİ-nin, həmçinin, Azərbaycanın və Ukraynanın dövlət mükafatları laureatı, Əməkdar elm xadimi, mərhum akademik Çingiz Mehdi oğlu Cuvarlının doğma ata-baba ocağı olan Cuvarlı kəndi də vardır. Bu hadisə görkəmli alimimizin davamçıları olan yeni elmi nəsillər üçün xüsusilə dəyərli və sevindiricidir.
Möhkəm surətdə inanırıq ki, məhz Sizin Ali Baş Komandanlığınızla ən qısa vaxtda Dağlıq Qarabağın və işğal olunmuş ətraf rayonların bütün əraziləri də xalqımıza qaytarılacaqdır.
Möhtərəm cənab Prezident, biz bir daha Sizə minnətdarlığımızı bildirərək, ali diqqətinizə çatdırırıq ki, AMEA-nın Fizika İnstitutunun və “Azəreneji” ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun kollektivi Sizin müstəqil Azərbaycanın hərtərəfli inkişafı naminə apardığınız müdrik və uzaqgörən mükəmməl siyasəti alqışlayır, Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın rifahının daha da yüksəldilməsi, dövlətimizin iqtisadi və hərbi qüdrətinin artırılması naminə hünərvər fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Qələbə bizimdir!
Qarabağ Azərbaycandır!
Dərin hörmət və ehtiramla,
AMEA-nın akademikləri
Nazim Məmmədov
Çingiz Qacar
Eldar Salayev
Cavad Abdinov
Təyyar Cəfərov
Arif Həşimov
AMEA-nın müxbir üzvü
Səlimə Mehdiyeva
Professorlar
Ayaz Bayramov
Hüsnü-Zəngi Əjdərov
Yusif Əsədov
Nəriman Rəhmanov
Elmira Kərimova
Elmira Cəfərova
Dürdanə Araslı
Hidayət Nuriyev
Şəmistan Həsənli
Tehsil-press.az