Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda akademik Arif Həşimovun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. N.Məmmədov qeyd edib ki, müstəqillik illərinin ilk vaxtlarında Fizika İnstitutunun dirçəlməsində Arif Həşimovun böyük xidmətləri olub. O, İnsitutun hazırda dünya elmində qazandığı yüksək statusunun əsasının, məhz, A.Həşimovun rəhbərliyi illərində qoyulduğunu vurğulayıb. Bildirib ki, hazırda İnstitutun rəsmi hirş indeksi 100-ə çatıb. Bu o deməkdir ki, İnstitut yüksəliş yolu ilə gedir. Akademik A.Həşimovun elektrofizika sahəsində elmi-tədqiqat işlərinə təkan verməklə yanaşı, həm də İnstitutda aparılan bütün elm sahələrinin inkişafında böyük rolu olduğunu vurğulayıb.
Yubiley tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini, akademik C.Abdinovun çıxışı ilə davam edib. O, akademikin həyat və elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, A.Həşimov sentyabrın 28-i 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. A.Həşimovun 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsini bitirdiyini, 1980-ci ildə fəlsəfə, 1993-cü ildə doktorluq dissertasiyasını müdafiə etdiyini vurğulayıb. A.Həşimov 2007-ci ildə AMEA-nın akademiki seçilib. Akademik C.Abdinov qeyd edib ki, alim 2002-2009-cu illərdə Fizika İnstitutunun direktoru vəzfəsində çalışıb. Akademikin 2009-cu ildən Fizika İnstitutunda “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının rəhbərlik etdiyini bildirib. Akademik A.Həşimov 2007-2013-cü illərdə AMEA-nın birinci vitse prezidenti vəzifəsini icra edib. C.Abdinov qeyd edib ki, alim hazırda Energetika İnstitutunun direktoru, “Azərenerji” ASC-nin müşaviri, Texniki Şuranın üzvüdür. Onun tədqiqat fəaliyyətinin əsas istiqamətinin energetikanın fiziki-texniki problemləridir.
Tədbir Bakı Dövlət Universitetinin yarımkeçiricilər fizikası kafedrasının professoru, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müidiri, fizika-riyaziyyat elmləri Adilə Abasovanın çıxışı ilə davam edib. A.Abasova doğma hesab etdiyi Fizika İnstitutunda akademik Arif Həşimovun yubileyində iştirakdan məmnun olduğunu vurğulayıb. Bildirib ki, fizika elmi təbiət elmlərinin tacıdır. Bütün elmlərin fizika elmi ilə bağlılığı vardır. A.Abasova yubilyar haqqında xoş sözlərini bölüşüb. O, akademikin Fizika İnstitutuna rəhbərliyi dövrdə gördüyü işlərdən, gənclər üçün yaratdığı şəraitdən bəhs edib.
İnstitutun “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva da yubilyarı təbrik edib. Bildirib ki, A.Həşimov 2003-cü ildə müəllimi Çingiz Cuvarlının xatirəsinə həsr olunmuş “Energetikanın fiziki-texniki problemləri” mövzusunda beynəlxalq konfrasın keçirilməsində əsas təşəbbüskarlardan olub və həmin konfrans dünyanın müxtəlif ölkələrində 16 ildir ki, keçirilir. O, Arif Həşimovun qayğıkeş, xeyrxah bir alim olduğunu qeyd edib.
Tədbirdə İnstitutun İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, fizika üzrə fəlsəfə doktoru Kamil Qurbanov elmi məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda akademik Arif Həşimov çıxış edərək keçmiş müəllimlərinə, habelə, tədbiri təşkil etdiyinə görə Fizika İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.
Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri