Genetik Ehtiyatlar İnstitutunda Qələbə Günü münasibətilə onlayn tədbir keçirilib

Genetik Ehtiyatlar İnstitutunda Qələbə Günü münasibətilə onlayn tədbir keçirilib Genetik Ehtiyatlar İnstitutunda 10 noyabr - Qələbə Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvi Zeynal Əkpərov kollektivi möhtəşəm qələbə münasibətilə təbrik edib.
Z.Əkpərov bu sevinci xalqımıza yaşatdığına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna dərin təşəkkürünü bildirib.
Tədbirdə çıxış edənlər şanlı ordumuzun rəşadətindən, habelə Azərbaycan diplomatiyasının uğurlarından danışıblar. Şuşa, Xocalı, Zəngilan, Cəbrayıl və digər rayonlardan olan institut əməkdaşları illərdən bəri həsrətində olduqları ata-baba yurdlarına nəhayət ki, gedə biləcəklərini sevinclə bildiriblər.
Sonda institutun Qarabağ Elmi-Tədqiqat Bazasının dağıdılmış infrastrukturunun bərpa edilməsinə, tədqiqatların genişləndirilməsinə, işğaldan azad olunan ərazilərdə elmi müəssisənin yeni dayaq məntəqələrinin yaradılmasına, aqro-biomüxtəlifliyin təftişi üçün elmi ekspedisiyaların təşkilinə və digər tədbirlərin həyata keçirilməsinə dair təkliflər irəli sürülüb. İnstitutun direktoru Z.Əkpərov təkliflərin nəzərə alınacağını bildirib.
İclasda institutun bütün elmi işçiləri, o cümlədən regionlarda yerləşən elmi-tədqiqat bazalarının (Qarabağ, Lerik, Tovuz, Quba) əməkdaşları iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər