AZƏRBAYCANRESPUBLİKASI ENERGETİKA NAZİRLİYİ İLƏ AMEA FİZİKA İNSTİTUTU ARASINDA VIDEOKONFRANS KEÇİRİLİB

AZƏRBAYCANRESPUBLİKASI ENERGETİKA NAZİRLİYİ İLƏ AMEA FİZİKA İNSTİTUTU ARASINDA VIDEOKONFRANS KEÇİRİLİB Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında videokonfrans keçirilib. Görüşdə Energetika nazirliyi tərəfindən nazir Pərviz Şahbazov, nazir müavini Elnur Soltanov, nazirin müşaviri Cavid Abdullayev, nazirin köməkçisi Rauf Rzayev, nazirliyin sektor müdiri Cahid Mikayılov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev, AMEA Fizika İnstitutu tərəfdən İnstitutun direktoru, akademik Nazim Məmmədov və İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov iştirak ediblər.
Videokonfransda Ayaz Bayramov “AMEA Fizika İnstitutunda qabaqcıl naziktəbəqəli texnologiyaların inkişafı” mövzusunda məruzə ilə çıxış edib. O, nazik təbəqəli günəş elementlərinin müasir vəziyyətinin qısa icmalını verib, institutda yeni tip günəş elementlərinin yaradılmasından və perspektiv planlardan bəhs edib.
Daha sonra Energetika naziri Pərviz Şahbazov və Fizika institutunun direktoru akademik Nazim Məmmədov mövzu ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə yaxın vaxtlarda yenidən birgə planlar haqqında müzakirələr aparılması qərara alınıb.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutu

Oxşar xəbərlər