FİZİKA İNSTİTUTUNDA İSRAİLLİ ALİMLƏR QONAQ OLUBLAR

FİZİKA İNSTİTUTUNDA İSRAİLLİ ALİMLƏR QONAQ OLUBLAR Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, İsrailin İnnovativ Texnologiyalar Qrupu MMC-nin (İTG) prezidenti Michael Frenkel və Mark İsrael qonaq olublar. Görüşün məqsədi üçtərəfli əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Görüşdə BDU-nun Nano Araşdırmalar Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov iştirak ediblər.
Görüşdə BDU-nun rektoru E.Babayev İnstitutun direktoru, akademik Nazim Məmmədovun elmi fəaliyyəti haqqında haqqında qonaqlara məlumat verib. Bildirib ki, fizika elmi sahəsində Azərbaycanın bir sıra alimlərinin, akademiklər Həsən Abdullayevin, Arif Paşayevin, Cavad Abdinovun və başqalarının adını qeyd etmək olar. N.Məmmədovun da bu sahədə aparıcı alimlərdən olduğunu vurğulayıb. O, bildirib ki, N.Məmmədov uzun illər Yaponiyada elmi fəaliyyətlə məşğul olub. N.Məmmədovun İnstitutun İnnovasiya sektorunun qurulmasında, xüsusilə maddi-texniki baza ilə təmin olunmasındakı xidmətlərindən bəhs edib.
Daha sonra E.Babayev İTG ilə əməkdaşlıq imkanlarından danışıb. Bildirib ki, ilk növbədə kadr çatışmazlığı məsələsini həll etmək lazımdır. O, qarşılıqlı kadr mübadiləsinin, birgə təcrübə proqramlarının zəruriliyindən danışıb. E.Babayev təhsil sahəsində BDU-da hər cür şəraitin yaradıldılmasına hazır olduğunu qeyd edib. Fizika İnstitutunda isə elmi təcrübənin olduğunu vurğulayıb. Buna görə effektiv nəticə əldə etmək üçün İsrail nümayəndə heyətinin konkret strateji təkliflər təqdim etməsinin vacib olduğunu bildirib.
İnstitutun direktoru, akademik Nazim Məmmədov birgə əməkdaşlıq üçün hazır olduğunu bildirib. O, E.Babayevin təhsillə yanaşı, BDU-nun tədqiqat universiteti kimi formalaşmasının da qarşıya qoyduğunu qeyd edib. O, tələbələrin tədqiqat proseslərinə qoşulmasının zəruriliyindən danışıb. N.Məmmədov Fizika İnstitutundan aparılan tədqiqatlardan, günəş elementlərindən, günəş enerjisindən, istifadə üsullarından və s.bəhs edib. İnstitutda optik, ellipsometirya və s. kimi sahələrinin yüksək inkişaf etdiyini qeyd edib. N.Məmmədov, həmçinin, İnstitutda fəaliyyət göstərən magistratura pilləsindən, burada tədris olunan fənnlərdən bəhs edib.
İTG-nin prezidenti Michael Frenkel Fizika İnstitutunun nəzəri fizika sahəsində təcrübəsinə əsaslanaraq tətbiqi fizika sahəsində əməkdaşlığın mümkünliyindən danışıb. M.Frenkel bildirib ki, bu istiqamətdə əməkdaşlıq yaranarsa, yüksək nəticələr əldə etmək olar.
Daha sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə də tanış olublar.

AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri



FİZİKA İNSTİTUTUNDA İSRAİLLİ ALİMLƏR QONAQ OLUBLAR

FİZİKA İNSTİTUTUNDA İSRAİLLİ ALİMLƏR QONAQ OLUBLAR

FİZİKA İNSTİTUTUNDA İSRAİLLİ ALİMLƏR QONAQ OLUBLAR

Oxşar xəbərlər