MTN-nin sabiq əməkdaşı qadına görə öldürülüb? - Saxlanılan var

MTN-nin sabiq əməkdaşı qadına görə öldürülüb? - Saxlanılan var Bakıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Fariz Vahabovun qətlində şübhəlilərdən biri saxlanılıb.
Saxlanılmanın detalları, eləcə də saxlanılanın kimliyi barədə məlumat verilmir.
Məlumata görə, qətlin motivi, daha əvvəl bildirildiyi kimi, biznes-maraqlarının toqquşması yox, qısqanclıq olub.
Xatırladaq ki, cinayət 20 dekabrda F. Vahabovun yaşadığı evin həyətində baş verib. Saat 19:26-da F. Vahabov öz maşınını park edərkən, naməlum şəxs ona bir neçə dəfə atəş açıb.
Xüsusi xidmət orqanının üzündən və sinəsindən iki güllə yarası alan keçmiş əməkdaşı hadisə yerində dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər