Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırıb. Rektor iclasın gündəliyinə “2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr haqqında”, “Azərbaycan Dövlət Pedaqoji Universitetində 2021-ci ildә keçirilməsi nəzərdə tutulan beynәlxalq vә respublika səviyyəli elmi konfranslar haqqında” və cari məsələlərin daxil olduğunu bildirib.
Rektor Cəfər Cəfərov çıxışında Elmi Şura üzvlərini Vətən müharibəsində əldə edilən şanlı Qələbə münasibətilə təbrik edib. 44 günlük Vətən müharibəsi ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin və Müzəffər Azərbaycan Ordusunun möhtəşəm zəfəri ilə başa çatıb. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Bu qürurlu tarixi öz qanları ilə yazan, Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət, ailələrinə səbr, yaralı əsgərlərimizə şəfa diləyib.
“ADPU-nun “2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr haqqında” Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov məruzə ilə çıxış edib. Dosent E.Aslanov ADPU-nun Elmi Şurasının 2020-2021-ci tədris ilinin payız semestrinin gedişini nəzərə alaraq semestr imtahanlarının mövcud şəraitə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 nömrəli əmri ilə təsdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə Qərar”larına, Təhsil Nazirliyinin 12.09.2020-ci il tarixli "Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat"ına və qüvvədə olan digər hüquqi-normativ aktlara uyğun olaraq keçirilməsini təmin etmək məqsədi ilə alınan qərarı haqqında məlumat verib.
Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.
“Azərbaycan Dövlət Pedaqoji Universitetində 2021-ci ildә keçirilməsi nəzərdə tutulan beynәlxalq vә respublika səviyyəli elmi konfranslar haqqında” məruzə ilə çıxış edən Elm və innovasiyalar üzrə prorektor fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov bildirib ki, 2020-ci ildə universitetdə nəzərdə tutulan konfranslar əsasən təşkil olunsa da, iki beynəlxalq konfransın pandemiya ilə əlaqədar növbəti ilə keçirilməsi qərar alınıb. Müvafiq struktur bölmələrin təklifləri əsasında Elmi Şuranın Elm komissiyasında müzakirə edilərək keçirilməsi tövsiyə edilən beynәlxalq vә respublika səviyyəli elmi konfranslar barədə əsaslandırılmış layihə Elmi Şura üzvlərinə təqdim edilib. Yekdilliklə qərara alınıb ki, 2021-ci ildə 5 beynəlxalq, 10 respublika səviyyəli elmi konfrans keçirilsin.
Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.
Tədris Departamentinin direktoru dosent Sənan Əliyev ADPU-da 2020-2021-ci tədris ilinin payız semestrinin yekunlaşdırılması, təhsil proqramları üzrə nəzərdə tutulan semestr imtahanlarının təşkili barədə məlumat verib. Payız semestrinin imtahan sessiyasının təşkili, formatı və keçirilməsi haqqında danışıb.
Elmi Şura dosent S.Əliyevin hesabatını qəbul edib.
Cari məsələlərin müzakirəsi zamanı Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov 2021-ci il üçün ADPU-nun fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturasının, elmlər doktoru proqramı üzrə dissertanturasına qəbul planının layihəsini təqdim edib. Təqdimatda ADPU-da elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəlməsi, ölkəmizdə və xaricdə nəşr edilən nüfuzlu dövri-elmi jurnallarda çap edilən elmi məqalələrin sayının artması və bu işdə elmi rəhbərlərin, doktorant və dissertantların uğurları diqqətə çatdırılıb. Layihənin müvafiq kafedra və fakültələrin təklifləri, həmçinin ADPU-da yüksəkixtisaslı elmi kadrlara olan tələbat nəzərə alınmaqla hazırlandığı xüsusi qeyd edilib. 2021-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 19, dissertanturaya 8, elmlər doktoru proqramı üzrə dissertanturaya 7 yer nəzərdə tutulmuş qəbul planı layihəsi məqsədəuyğun hesab edilib və bu məsələ ilə əlaqədar işlərin görülməsi universitetin müvafiq struktur bölmələrinə tapşırılıb. Professor A.Zamanov növbəti cari məsələ - ali məktəblərin, o cümlədən ADPU-nun və elmi-tədqiqat institutlarının magistrantlarının aktuallığı ilə seçilən elmi-tədqiqat işlərinin nəticələrinin nəşr edilməsinin əhəmiyyətini və vacibliyini nəzərə alaraq “Magistrant” dövri-elmi jurnalının təsis edilməsi barədə əsaslandırılmış təkliflərini də Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Jurnalın hər il 4 nömrəsinin nəşr edilməsini məqsədəuyğun hesab etdiyini bildirib. Professor Fərrux Rüstəmov, professor Buludxan Xəlilov “Magistrant” dövri-elmi jurnalının təsis edilməsi təklifini yüksək qiymətləndirərək magistrantların elmi-tədqiqat işlərinin keyfiyyətinə müsbət təsir göstərəcəyini xüsusi vurğulayıblar. Adıçəkilən jurnalın təsis edilməsi yekdilliklə qərara alınıb.
Daha sonra Rektorun müşaviri Ümid Mehdiyev İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Əsasnaməsinin təsdiqi barədə məlumat verib.
Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonda rektor Cəfər Cəfərov qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi