44 günlük Vətən müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 60-dan çox tələbəsi döyüşlərdə iştirak edib. Onlardan biri də 5-ci kurs tələbəsi Elnur Əkbərovdur. O, Akademiyanın radiosuna verdiyi müsahibədə döyüşlərin başladığı ilk günlərdən ordu sıralarına qoşulduğunu, torpaqlarımızın düşmənin işğalından azad edilməsi uğrunda sonadək vuruşduqlarını, hər an xalqın dəstəyini və inamını hiss etdiklərini bildirib:
“Xalqımızın ordumuzun gücünə, cənab Ali Baş Komandanın verdiyi əmrə necə hörmət və inamla yanaşdığını döyüşlərə istiqamət aldığımızda anladıq. Döyüşlərdə iştirak etdiyimiz ilk gündən bizim yalnız bir məqsədimiz var idi, o da qalibiyyət idi. Biz 44 günlük müharibənin nəticəsində bütün dünyaya Azərbaycan ordusunun nəyə qadir olduğunu döyüş meydanında sübut etdik”.
Vətən müharibəsi qazisi müharibənin davam etdiyi günlərdə - Füzuli istiqamətindəki döyüşlər zamanı yaralandığını da qeyd edib:
“Yaralandığım anda dərhal döyüş yoldaşlarım mənə köməklik göstərdi, döyüş meydanından təxliyyə edildim. Necə ki, biz ön cəbhədə düşmən qarşısında sinəmizi sipər edib onlarla vuruşurduqsa, arxa cəbhədə də həkimlərimiz bizlər üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar”.
Tehsil-press.az