COVID-19 pandemiyası ortaya çıxdığı gündən bəri yayıldığı bütün ölkələrdə insanların sağlamlığını təhdid etməklə yanaşı, insanlığı bir növ məcburi sosial təcrid prosesinə sövq edərək tənhalığın və xüsusilə də tənhalıq hissinin artmasına səbəb oldu.
Sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı deyib.
Onun sözlərinə görə, insanlarda tənhalıq hissinin artması pandemiyadan əvvəl də müşahidə olunurdu. Lakin pandemiya dövründə tətbiq olunan sərt karantin tədbirləri təklik və tənhalıqla bağlı yeni vəziyyət və problemlər meydana gətirdi. Mütəxəssislərin fikrincə, epidemiya böhranının bu qədər qorxulu olmasının səbəblərindən biri də insanların karantində qalması hissindən savayı, evlərinin divarların arasında sıxışıb qalması hissiyatıdır. Bu mənada, evdə tək qalmaq və ya tək ölmək qorxusunun insanlarda travmatik təsirlər yaradaraq dərin bir pandemiya depressiyasına səbəb olduğu da bildirilir".
Sosioloq hesab edir ki, bu faktı dünyanın müxtəlif ölkələrində aparılan sosial tədqiqatlar da sübut edir. Belə ki, 10 noyabrda Finlandiyada aparılan bir araşdırmada özünü tənha hiss edənlərin nisbəti 26% -ə yüksəldi. Pandemiyadan əvvəl bu nisbət% 20,8 idi. 2020-ci ilin yazında aparılan araşdırmada bu nisbə faizi 32 daha yüksək oldu.
Ə.Süleymanlı əlavə edib ki, ABŞ-da aparılan bir sorğuya görə, respondentlərin 50% -i tənhalığın zehni və fiziki sağlamlığa dağıdıcı təsir göstərə biləcəyini düşünür.
O, noyabr ayında Türkiyənin bir çox şəhər və kəndlərində 60 yaş və daha yuxarı respondentlərlə apardığı sorğunun nəticələrinə də toxunaraq qeyd edib ki, pandemiya dövründə yaxınları ilə görüşə bilməməsi ucbatından insanlar arasında tənhalıq hissinin güclənməsində ciddi bir artım müşahidə olunub.
Pandemiya dövründə artan tənhalıq probleminin 4-5 dekabrda Üsküdar Universitetinin təşkilatçılıği ilə keçirilən videokonfransda da müzakirə edildiyini deyən Ə.Süleymanlı bildirib ki, tənhalıq elmi ədəbiyyatda daha çox yaradıcı insanlar üçün şamil olunan və müasir dövrdə "dəyərli tənhalıq" olaraq, qəbul edilən təklikdən çox fərqli bir haldır. Başqa sözlə, pandemiya prosesi zamanı təcrid olunma ya məcburi, ya da üstünlük verilən tənhalıq kateqoriyasına tam uyğun gəlmir. Əslində, hər dəfə evdə olmağı bayırda olmaqdan üstün tutan insanlar da bir məcburiyyət olmadığı təqdirdə bu halın dəyərli olduğunu, bu zaman kəsiyində bunu təcrübədən keçirdiklərini müxtəlif sosial platformlarda etiraf edirlər:
"Şübhəsiz ki, bu dövrdə sosial məsafənin qorunması insan sağlamlığı və həyatı üçün vacib bir şərtdir və hər kəsin buna riayət etməsi lazımdır. Ancaq bununla birlikdə başqa bir reallıq da bu dövrdə tənhalığımızın artmasıdır. Xüsusilə sosial təcrid səbəbi ilə sosial əlaqələrimizin zəifləməsi tənhalıq hissini daha da dərinləşdirir. Bu hissiyatın daha da dərinləşib başqa fəsadlara yol açmaması üçün insanların yaxın ətrafı ilə pandemiya dövründə telefon və internet yolu vasitəsilə sıx ünsiyyətlərinin davam etdirilməsi vacib şərtlərdən biridir".
Tehsil-press.az