AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Xızı dağlarında tədqiqat aparıb.
Bu dağları tədqiq etməklə Xızının tarixi, keçmişi haqqında məlumatlar toplamağın mümkünlüyünü qeyd edən tədqiqatçı Böyük Qafqaz sıra dağlarının cənub-şərq qurtaracağında yerləşən və bir-birinə bənzəsə də, təkrarlanmayan bəzəkli Xızı dağlarının geoloji mənşəyi, tərkibi, qırmıza rəngdə olmasının səbəbindən bəhs edib. O bildirib ki, bu rəngli dağlar Mezozoy erasının Yura dövrünə aid süxurlardan təşkil olunduğundan onlara həm də Yura gilləri deyilir. Yura gilləri kifayət qədər perium tərkibli kimyəvi elementlərlə seçildiyi üçün həmin süxurların qırmızı rəngə çalmasına səbəb olub.
Rəngli dağ yamaclarında layların müxtəlif konfiqurasiyalar əmələ gətirdiyini qeyd edən alim vaxtilə dağ əmələgəlməsində layların qırışlarla yox, blokvari bir-birinin üzərinə hərəkət etməsi nəticəsində qədim süxurların üstdə, cavan süxurların isə alt hissədə yatdığını diqqətə çatdırıb. O vurğulayıb ki, turizmin inkişafı baxımından bu əsrarəngiz məkanda turizm obyektlərinin yaradılması məqsədəuyğun olardı.
Tehsil-press.az