Universitetdə tibbi-psixoloji seminar təşkil edilib

Universitetdə tibbi-psixoloji seminar təşkil edilib Bakı Dövlət Universitetində (BDU) “Səmərəli ünsiyyət texnikaları” və “Virus hepatitlərindən qorunma yolları” mövzusunda tibbi-psixoloji seminar keçirilib.
Seminarda universitet tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qəmbərov psixoloji amillərin gənclərin həyatına göstərdiyi təsirdən, gənclərin tibbi-psixoloji maarifləndirilməsinin əhəmiyyətindən danışıb.
Hepatoloq-qastroenteroloq Aqil Ağakişiyev virus hepatitlərindən, hepatit C virusunun yayılması, profilaktikası və müalicəsi yollarından bəhs edib.
Psixoloq Ramil Nəcəfli səmərəli ünsiyyət texnikaları, o cümlədən düzgün tənqidetmə metodu olan “Sendviç” modeli barədə məlumat verib. Onun sözlərinə görə, “Sendviç” adı verilən bu modeli bildikdə həyatımız və münasibətlərimiz xeyli asanlaşır.
Sonda tələbələrin sualları cavablandırılıb.

BDU-nun Mətbuat Xidməti


Universitetdə tibbi-psixoloji seminar təşkil edilib

Oxşar xəbərlər