AMEA-nın İqtisadiyyat İnstitutunun alimləri beynəlxalq forumunda məruzə ediblər

AMEA-nın İqtisadiyyat İnstitutunun alimləri beynəlxalq forumunda məruzə ediblər Rusiya Elmlər Akademiyasının (REA) Bazar Problemləri İnstitutunun təşkilatçılığı ilə “Qlobal çağırışlar və inkişaf perspektivləri” mövzusunda keçirilmiş 8-ci beynəlxalq forumda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun alimləri də iştirak ediblər.
İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli dəvətli məruzəçi qismində forumun plenar iclasında “İqtisadiyyatın sağlığı-solluğu: İqtisadi inkişaf strategiyasının seçimi” mövzusunda çıxış edib. O, AMEA-nın İqtisadiyyat İnstitutunda hazırlanan və beynəlxalq ekspert icmasına müvəffəqiyyətlə təqdim olunan nəzəri-konseptual müddəalar və iqtisadi islahat prioritetlərinin seçilməsində bunların əhəmiyyəti haqqında fikirlərini paylaşıb.
İnstitutun daha bir əməkdaşı – iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev “Azərbaycan iqtisadiyyatının institusional islahatlar əsasında modernləşdirilməsi” mövzusunda məruzə edib.
Rusiyalı alimlər məruzələrdə səslənən fikirləri maraqla qarşılayıblar və bu problemlərlə bağlı AMEA-nın İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq etmək istədiklərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər