Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Aqrosenozlar və ekosistemlərin mühafizəsi üzrə elmi şurasının növbəti iclası keçirilib.
Mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq iclas “Zoom” platforması üzərindən keçirilib.
İclası açan şuranın sədri, aqrar elmlər doktoru Mustafa Mustafayev bildirib ki, dünyada baş verən pandemiya ilə əlaqədar Prezident İlham Əliyevin qabaqlayıcı tədbirlərin həyata keçirməsinə yönəldilən qərar və sərəncamları infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına istiqamətlənib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamına əsasən akademiyanın əməkdaşları fəaliyyətlərini məsafədən onlayn davam etdiriblər. O diqqətə çatdırıb ki, Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının üzvləri şuraya daxil olmuş tədqiqatların, dissertasiya mövzularının prioritet istiqamətlərə yönəlməsi, onların təkrar tədqiqat işləri olmaması və müasir dövrün tələblərinə uyğun olması məsələlərini araşdırıblar.
Şuranın sədr müavini, biologiya üzrə fəlsəfə doktoru Cavanşir Təlai, AMEA-nın müxbir üzvi Əlövsət Quliyev, aqrar elmlər doktorları Ağamir Həşimov, Həsənəli Aslanov, Vüqar Səlimov, biologiya elmləri doktoru Aydın Əsgərov iclasda aparılan müzakirələrdə iştirak ediblər.
İclasda gündəliyə daxil olan 18 mövzu müzakirə olunub və bir neçə dissertasiya mövzusunun adında qismən dəyişiklik edilib. Bir dissertasiya işinin mövzusu iki ixtisas qovşağında verilsə də, Ali Attestasiya Komissiyası tərəfindən verilmiş məktuba əsasən mövzunun bir ixtisasda təsdiqlənib.
Tehsil-press.az