BDU-nun Biologiya fakültəsi qida sənayesi tullantıları ilə bağlı onlayn seminar keçirəcək

BDU-nun Biologiya fakültəsi qida sənayesi tullantıları ilə bağlı onlayn seminar keçirəcək Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının “Microsoft Teams” platforması üzərindən onlayn seminarı keçiriləcək.
Seminar “Qida sənayesi tullantılarından punikalogin, likopen, resveratrol və tanninin alınması və bioloji sistemlərin davamlılığı və təhlükəsizliyinin yaradılmasında tətbiqi” mövzusuna həsr ediləcək.
Tədbirdə Biofizika və biokimya kafedrasının doktorantı Lalə Məmmədova və Biomühəndislik elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Günel Mehdiyevanın məruzələri dinləniləcək, müzakirələr aparılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər