BDU-da imtahan sessiyası ilə bağlı yaradılmış Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırmaq üzrədir

BDU-da imtahan sessiyası ilə bağlı yaradılmış Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırmaq üzrədir Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı yaradılmış Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırmaq üzrədir.
2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və nəticələrindən olan şikayətlərin araşdırılması, obyektiv qiymətləndirmənin, onlayn rejimdə keçirilən imtahanlar zamanı şəffaflığın, obyektivliyin yüksək səviyyədə təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılmış Apelyasiya Komissiyası onlayn fəaliyyət göstərib.
Bu günədək imtahanlarda iştirak edən tələbələrdən 105 nəfər Apelyasiya Komissiyasına müraciət edib. Müraciətlərin böyük hissəsi iddiaçıların xeyrinə həll edilib.
Xatırladaq ki, Apelyasiya Komissiyası ilə əlaqə üçün (+99477) 304 65 43 nömrəli qaynar xəttinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər