ADPU-nun rektoru professor Cəfər Cəfərovun təhsillə bağlı "FİKİR" İnformasiya Platformasına müsahibəsi

ADPU-nun rektoru professor Cəfər Cəfərovun təhsillə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov İslahatçı Gənclər İctimai Birliyinin Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən "FİKİR" İnformasiya Platforması layihəsi çərçivəsində "Editor.az İnformasiya Portalı"nın Editortv youtube kanalında yayımlanan proqramda qonaq olub.
Gənc jurnalist Gülnarə Abbasova isə təhsilimizin cari reallıqları və perspektiv strateji hədəfləri barədə həmsöhbət olan professor Cəfər Cəfərov ADPU misalında distant təhsilin tətbiqinin bu günkü vəziyyəti və inkişaf istiqamətləri, universitetlərdə təhsil haqlarının optimallığı, tələbə-müəllim və tələbə-universitet münasibətləri, tələbələrin müraciət imkanları, beynəlxalq əməkdaşlıq, xarici tələbələrin cəlbi, ikili diplom və tələbə və müəllimlər üçün mübadilə proqramları, hazırkı informasiya əsrində müəllimin yeri və rolu, yeni tələblərə uyğun kadr hazırlığı, əməkdaşların səriştəkərinin sertifikasiyası, tətqiqatçılıq mühiti və s. məsələlər haqda önəmli mətləblərdən söz açıb, bu sahədə aparılan tədqiqatlardan danışıb.
Müsahibə ilə Editortv youtube kanalında tanış ola bilərsiniz: https://youtu.be/SLs6W_3YDLk

Tehsil-press.az



Oxşar xəbərlər