Onlayn mal satarkən sizə belə mesaj gəlsə, ehtiyatlı olun!

Onlayn mal satarkən sizə belə mesaj gəlsə, ehtiyatlı olun! Son günlər internet satış səhifələri vasitəsilə dələduzluq edənlərin sayı artıb.
Gənc fəal Zaur Qurbanlı da az qala belə bir hala məruz qalacağını bildirib. O, bu barədə sosial şəbəkədə yazıb:
“Onlayn satış saytına bir ev əşyası qoymuşduq satışa. Bir nəfər whatsapp-dan yazıb, əşyanı almaq istədiyini, amma pulu onlayn ödəyəcəyini, əşyanı da kuryer vasitəsilə alacağını bildirdi. Biz razılaşdıq, ardınca belə link göndərdi. Saytın dizaynı Azərpoçt-un saytının dizaynının tam eynisidir, hətta linkləri də olduğu kimi yerləşdiriblər. Yəni Azərpoçtun loqosuna klik edəndə səni Azərpoçtun ana səhifəsinə, yaxud Şəxsi kabinetə klik edəndə əsl şəxsi kabinetə yönəldir.
Bizə göndərilən linkdə pulu qəbul etmək üçün bizim kartın bütün məlumatları, o cümlədən arxa üzündə olan üçrəqəmli kod - CVV istənilirdi. CVV yalnız ödəmə edərkən, lazım olur. Şübhələndik, təbii ki. Üstəgəl saytın adı qəribə idi. Azerpost sözündən başqa www da var idi. Əslində w-lar çoxdan domendə görünmür, burada isə görünür, yəni sayt əslində www.azerpost deyil. www.wwwazerpost-dur”.

Tehsil-press.az

Oxşar xəbərlər