UNEC: Onlayn görüşlərdə tələbələrin müraciətləri dinləniləcək

UNEC: Onlayn görüşlərdə tələbələrin müraciətləri dinləniləcək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) virtual dekanlıqların fəaliyyətinin təkmilləşdirilməsi, operativliyin və tələbələr üçün əlçatanlığın təmin edilməsi məqsədilə fakültələr (məktəb/mərkəz) tərəfindən tələbələrlə onlayn görüşlərə start verilir.
Təyin olunmuş gün və saatlarda tələbələr fakültə əməkdaşları ilə onlayn formatda görüşərək müraciətlərini ünvanlaya bilərlər.
Tələbələrin həftədə bir dəfə fakültə dekanı tərəfindən görüşləri təşkil olunacaq, müraciətləri dinləniləcək.
Görüşün linkləri fakültələr tərəfindən “WhatsApp” qruplarında tələbələrə təqdim ediləcək.
Onlayn görüş və qəbullardan əlavə, tələbələr həm də şəxsi “Facebook” səhifələri və korporativ email vasitəsilə virtual dekanlığa müraciət edə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər