30 kq arıqlayan Zöhrə Abdullayeva xəstəxanalıq oldu

30 kq arıqlayan Zöhrə Abdullayeva xəstəxanalıq oldu Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib. Bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib.
30 kq çəki itirən müğənninin son görüntüləri efirdə də yayımlanıb. Z. Abdullayeva açıqlama verərək oğlunun ölümündən sonra səhhətində ciddi problemlər yarandığını bildirib:
“Heç nə yemək istəmirəm. Balamdan sonra bu günlərə qaldım. Görün, özümü nə günə qoydum... Kök hüceyrə köçürməyi dedilər, amma yox, revmatizmam var. Buna görə müalicə olunmalıyam. Həkim dedi ki, çox gecikdirmişəm. Xəstəliyin son həddindəyəm”.

Tehsil-press.az

Oxşar xəbərlər