Azərbaycan Turizm və Menecment Universitetində karyera imkanları ilə bağlı onlayn görüş

Azərbaycan Turizm və Menecment Universitetində karyera imkanları ilə bağlı onlayn görüş Azərbaycan Turizm və Menecment Universitetinin karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “HR Talks Master” layihəsinə başlanılıb. “HR Talks” layihəsinin birinci modulundan fərqli olaraq, hazırkı layihə müxtəlif müəssisələrdə karyera imkanları və təcrübə proqramları ilə bağlı onlayn görüşləri əhatə edəcək.
Yeni layihənin ilk qonaqları “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan resursları idarəsinin rəisi Tural Məmmədov, karyeranın idarəedilməsi şöbəsinin rəisi Kəmalə Hüseynova, işə qəbul şöbəsinin rəis müavini Sara Əliyeva, karyeranın idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi Dilbər Xəlilova və eyni şöbənin mütəxəssisi Ayşən Mahmudlu olub.
Görüşdə Tural Məmmədov, Sara Əliyeva və Ayşən Mahmudlu çıxış edib, tələbələrin suallarını cavablandırıblar.
Təqdimatı universitetin rəsmi “Facebook” səhifəsində izləmək mümkündür.
Qeyd edək ki, layihə çərçivəsində növbəti görüşlərin martın 17-də və 18-də keçirilməsi nəzərdə tutulur. Görüşlərdə müxtəlif otellərinin insan resurslarının idarəedilməsi şöbəsinin əməkdaşları tələbə və məzunlara karyera imkanları və təcrübə proqramları barədə təqdimat edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər