Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “30 gün Şərq” layihəsi çərçivəsində Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev ilə onlayn görüş keçirilib.
Tədbirdə dekan Elxan Əzizov Şərqşünaslıq fakültəsinin görkəmli məzunları barədə məlumat verib və qonağı təqdim edib.
Səfir Q.Allahverdiyev Şərqşünaslıq fakültəsində oxuduğu illərdən etibarən peşəkar diplomatiya arenasına qədər keçdiyi fəaliyyət dövrü barədə danışıb. O, elmi və diplomatik sahədə uğur sirrinin daim çalışmaq olduğuna diqqət çəkərək tələbələrə tövsiyələrini verib, məzunu olduğu fakültə ilə bağlı xatirələrini bölüşüb. Səfir Malayziya və Azərbaycan arasında diplomatik münasibətlər, mədəni əlaqələr haqqında məlumat verib.
BDU-nun Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini icra edən Vüqar Qaradağlı səfirin fəaliyyətinin tələbələr üçün nümunə olduğunu deyib, fakültənin görkəmli məzunları ilə görüşlərin əhəmiyyətindən söz açıb.
Fakültə TGT-nin sədri İmran Sayılov belə görüşlərin tələbələr üçün böyük motivasiya olduğunu vurğulayıb, bu ənənənin davamlı olacağına əminliyini ifadə edib.
Tehsil-press.az