Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov martın 23-də bu ölkənin təhsil naziri Milton Ribeiro ilə görüşüb.
Görüşdə səfir ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət, aparılan geniş islahatlar, əhalinin demək olar tam əksəriyyətinin təhsilli olduğu və bu sahənin dövlətimiz üçün prioritet təşkil etdiyini deyib. Azərbaycanda dövlət tərəfindən maliyyələşən məktəb və universitetlərlə yanaşı, özəl təhsil müəssisələrinin fəaliyyət göstərdiyi də diqqətə çatdırılıb. Qeyd olunub ki, hazırda yüzlərlə xarici tələbə Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil alır və bu da ölkəmizdə təhsilin səviyyəsinin yüksək olduğunun göstəricisidir. Bununla yanaşı, Azərbaycan bir sıra beynəlxalq təşkilatlara üzv dövlətlərin vətəndaşları üçün təhsil təqaüdü ayırır və onlarla insan bu imkandan faydalanır.
Eyni zamanda, bildirilib ki, Rio-de-Janeyro şəhərində Azərbaycanın adını daşıyan bələdiyyə məktəbi fəaliyyət göstərir. Bununla yanaşı, Braziliyanın bir neçə universitetində Azərbaycanın multikulturalizm modelinə həsr edilmiş kurslar keçirilir və hər iki ölkənin təhsil, tədqiqat və beyin mərkəzləri arasında faydalı əməkdaşlıq qurulmaqdadır.
Ətraflı məlumata görə təşəkkürünü bildirən Milton Ribeiro rəhbərlik etdiyi sahə üzrə ölkəmizlə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, pandemiya dövründə təhsil sahəsi müxtəlif çətinliklərlə üzləşib və bununla əlaqədar təcrübə mübadiləsinin həyata keçirilməsi çox vacibdir. Həmçinin təhsil sahəsinin digər aspektlərinin də əhatə olunması üçün ölkələrimiz arasında müvafiq hüququ sənədin imzalanmasının zəruriliyi vurğulanıb.
Sonda qarşılıqlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tehsil-press.az