Belarusda 100-dən çox etirazçı saxlanıldı

Belarusda 100-dən çox etirazçı saxlanıldı Belarus Daxili İşlər Nazirliyi (DİN) ölkədə təşkil olunan icazəsiz aksiyalarda iştirak edən 100-dən çox etirazçının saxlanıldığını bildirib.
Bunu “Sputnik”ə açıqlamasında Belarus DİN-in sözçüsü Olqa Çemodanova deyib.
“Saat 16:00-a olan məlumata əsasən, 100-dən çox insan inzibati qanunvericiliyi pozduğuna görə saxlanılıb. Bunlar bir nəfərlik piketlər və digər ictimai qaydaların pozulması hallarıdır”, - o vurğulayıb.
Çemodanova müxalifətin şənbə günü üçün çağırış etdiyi genişmiqyaslı etiraz aksiyasının həyata keçmədiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Belarus müxalifəti şənbə günü paytaxt Minskin Banqalor Meydanında kütləvi aksiya planlaşdırdığını açıqlamışdı. Aksiyaların ölkənin digər şəhərlərində də baş tutması gözlənilirdi.
Etirazların başlaması ilə polis paytaxt Minskdə aksiyaçıların saxlanılmasını həyata keçirmişdi.

Tehsil-press.az



Oxşar xəbərlər