Rusiyada heyvanlar üçün dünyanın ilk COVID-19 peyvəndi hazırlandı

Rusiyada heyvanlar üçün dünyanın ilk COVID-19 peyvəndi hazırlandı Rusiyada dünyada ilk dəfə heyvanlar üçün yeni növ koronavirusa qarşı vaksin qeydiyyata alınıb. Vaksin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) alimləri tərəfindən hazırlanıb.
Bu barədə jurnalistlərə nəzarət idarəsinin başçısının müavini Konstantin Savenkov bildirib.
Onun sözlərinə görə, artıq aprel ayında vaksinin kütləvi istehsalına başlanıla bilər.
O əlavə edib ki, vaksinin ötən ilin oktyabrında başlayan klinik sınaqlarında itlər, pişiklər, qütb tülküləri, tülkülər və digər heyvanlar iştirak ediblər. Savenkovun sözlərinə görə, tədqiqatların nəticələri vaksinin zərərsizliyinə və yüksək immunogen aktivliyinə dair rəy verməyə imkan verir.
O, həmçinin əlavə edib ki, “Rosselxoznadzor” alimləri preparatın tətbiqindən sonra immunitetin hansı müddətdə inkişaf etdiyini öyrənməyə davam edirlər.

Tehsil-press.az



Oxşar xəbərlər