Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yeni onlayn layihəyə start verib.
“Business Talks” layihəsi pandemiya dövründə gənclərin distant şəkildə dünyagörüşünün artırılması və biznes sahəsində biliyinin yüksəldilməsinə yönəlib. Layihə sosial əhəmiyyətlidir və biznes mühitində fərdi inkişaf, korporativ davranış, biznes etikası, rəqəmsallaşma və menecment sahəsində müasir trendlər mövzularında çıxışların keçirilməsi nəzərdə tutur.
Layihənin ilk qonağı BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub. O, “Biznes mühitində fərdi inkişaf və karyera” mövzusunda məruzə edib, əmək bazarında gedən müasir dəyişikliklərlə bağlı fikirlərini bölüşüb. Təqdimatda əmək bazarında rəqabətlilik dərəcəsinin qorunub saxlanılması və öyrənmə qabiliyyətinin daim artırılması prioritet istiqamət kimi qeyd olunub. Həmçinin fərdi inkişafın digər sahələrdə vacibliyi vurğulanıb. B.Aslanbəyli görülən hər hansı bir işdə keyfiyyət amilinin daim yüksəkdə tutulmasını da digər vacib məsələ olaraq bildirib. Bununla bərabər sosial və ictimai tədbirlərdə “Networking” imkanlarının vacibliyini qeyd edib.
Sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb.
Xatırladaq ki, layihə çərçivəsində növbəti görüş aprelin 10-da keçiriləcək.
Tehsil-press.az