Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və “Turizm Könüllüləri” təşkilatı tərəfindən start verilən ”VoluntouriZoom Online Hub” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Görüşdə rektor İlham Mədətov “Təhsil peşəkarlığın yarısıdır” mövzusunda çıxış edib. O, ATMU-da tədris edilən ixtisaslar, tələbələr üçün yaradılan imkanlar, təhsil almağın üstünlükləri haqqında məlumat verib. Həmçinin həyata keçirilən fəaliyyətin nəticəsi olaraq 2019-2020-ci tədris ilində ATMU-nun “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi və Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülməsindən danışıb.
Rektor turizmdə təhsil, yerli və beynəlxalq təcrübə, universitetin iştirak etdiyi müxtəlif beynəlxalq proqramlar haqqında könüllülərin suallarını cavablandırıb, onlara gələcək karyera planları ilə bağlı tövsiyələrini verib.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd Azərbaycanda turizm sahəsi üzrə təhsil alan və müvafiq sahəyə marağı olan könüllüləri vahid onlayn platforma ətrafında toplamaq, onları turizm və gənclərlə iş sahəsi üzrə ekspertlərlə bir araya gətirmək, son yenilikləri və mövcud vəziyyətlə bağlı gələcək planları müzakirə etmək, könüllülər tərəfindən təqdim olunan təklifləri qiymətləndirməkdir. Ümumilikdə on iki ekspertin iştirakı ilə həyata keçiriləcək layihə bir ay davam edəcək.
Tehsil-press.az