Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 15 gənc xanım tələbənin iştirakı ilə “Qadınlar Turizmdə: aşılan sədlər” layihəsi çərçivəsində təlim-təcrübə proqramının icrasına başlanılıb.
Layihənin təşkilində əsas məqsəd tələbələrin peşəkar inkişafını və turizm sahəsinə düzgün istiqamətlənməsini təmin etmək, onların iş mühitinə sağlam düşüncə ilə alışmalarına zəmin yaratmaqdır.
“Sosial sahibkarlıq”, “Gender məsələləri”, “Otel və idarəçilik sistemi” və digər mövzularda ümumilikdə on sessiya üzrə keçiriləcək nəzəri təlimlər ATMU-da, praktik vərdişlər isə “New Baku” otelində təşkil olunacaq.
Təlimin ilk həftəsi ATMU-nun məzunu, “BUTA Art&Sweets”in təsisçisi Sara Rəcəblinin rəhbərliyi ilə “Sosial biznes anlayışının yaranması, əsas fərqlər və keyslər” mövzusunun hərtərəfli müzakirəsinə və qrup işlərinin hazırlanmasına həsr olunub. Növbəti həftələrdə “Genderə giriş”, “Stereotip stiqma və diskriminasiya” mövzularında təlimlər isə Turana Nurinin təqdimatında keçiriləcək. Son ikigünlük təlim və ikihəftəlik təcrübə mərhələsinə “Smart Hotel Management”in əməkdaşı Diana Korobovanın moderatorluğu ilə yekun vurulacaq.
ATMU tərəfindən dəstəklənən “Qadınlar turizmdə: aşılan sədlər” təlim-təcrübə proqramı noyabrın 2-dək davam edəcək. Layihənin təsisçisi Xəyalə Məmmədovadır.

ATMU-nun Mətbuat Xidməti