Xəzər Universitetində seminar: Sahibkarlıq sahəsində çalışan qadınların üzləşdiyi çətinliklər və fürsətlər

Xəzər Universitetində seminar: Sahibkarlıq sahəsində çalışan qadınların üzləşdiyi çətinliklər və fürsətlər Xəzər Universiteti İngiltərənin Middlesex Universiteti ilə birlikdə “Creative Spark” ali təhsil müəssisəsi proqramı tərəfindən dəstəklənən silsilə seminarlar təşkil edir.
Aprelin 9-da növbəti seminarın qonağı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti Keyfiyyət Təminatı Mərkəzinin rəhbəri, dosent İrma Grdzelidze olub.
Seminarda İ.Grdzelidze sahibkarlıq sahəsində çalışan qadınların üzləşdiyi çətinliklər və fürsətlər barədə məlumat verib.
Qeyd edək ki, İ.Grdzelidzenin ixtisas sahəsi ali təhsildə keyfiyyət təminatıdır. O, 2014-2019-cu illərdə Milli Təhsil Keyfiyyətinin İnkişafı Mərkəzində akkreditasiya və avtorizasiya mütəxəssisi olub. Gürcüstanda və xaricdə akkreditasiya səfərlərində iştirak edib. 2015-ci ildən “Erasmus+” üçün ali təhsil islahatları ekspertidir. Avropa İttifaqının maliyyələşdirdiyi “Gürcüstan universitetlərində 3-cü missiyanın keyfiyyəti və aktuallığının gücləndirilməsi - SQUARE” potensial inkişaf layihəsinin koordinatorudur.

Tehsil-press.az


Oxşar xəbərlər